+994 12 404 76 56

Korporativ

Viza

Vacib məlumatlar

Bloq

Hüquqi Xəbərdarlıq

>
Hüquqi Xəbərdarlıq

Hüquqi Xəbərdarlıq

Son illər özlərini Gateway Management Azərbaycan şirkəti kimi təqdim edərək, müraciətçiləri aldadan şəxslərin sayının artdığını müşahidə etməkdəyik, və bu cür saxtakarlıq üsullarının artması ilə bağlı şikayətlər almaqdayıq. Müraciətçilərə, xüsusən də fərdi məlumatlarının təhlükəsizliyi baxımından bu cür fırıldaqçılara qarşı ehtiyatlı olmağı tövsiyə edirik.

Baş vermiş bu hadisələrlə bağlı hüquqi proseslər başladılmışdır. Bu sənəd dəyərli müraciətçilərimizi bu kimi mənfi hallardan qorumaq və belə hallarla qarşılaşdıqda atacaqları addımlar barədə məlumatlandırmaq məqsədilə hazırlanmışdır.

Şirkətimizlə əlaqəsi olmayan şəxslər və ya qurumlar tərəfindən sizdən ödəniş tələb olunubsa, və buna uyğun olaraq ödəniş etmisinizsə, aşağıda qeyd olunan addımları nəzərdən keçirməyiniz tövsiyə olunur:

Gateway Management Azərbaycan-ın heç bir vasitəçisi yoxdur. Biz fəaliyyətimizi birbaşa saytımızda qeyd olunan filiallarımızda həyata keçiririk. Özlərini vasitəçilərimiz kimi təqdim edən, sənədlərinizi yoxlayacaqlarını və sizin adınıza görüş təyin edəcəklərini iddia edən şəxslərə və ya qurumlara etibar etməyin. Belə şəxslərin və ya qurumların şirkətimizlə heç bir əlaqəsi yoxdur.

Görüş təyin etmək üçün zəng mərkəzimizə zəng edə bilərsiniz. Heç bir vasitəçi xidmətə ehtiyac yoxdur və buna görə sizdən əlavə ödəniş tələb olunmayacaq. Bunun əksinə olaraq, sizə verilən təlimatların və vədlərin məqsədi sizdən pul almaqdır və pis niyətlə edilir.

Bu xəbərdarlığı viza üçün müraciət etməyi planlaşdıran qohumlarınız və ya dostlarınızla bölüşməkdən çəkinməyin. 

 


Rəy

Sual və təkliflərlə bağlı rəy bildirə bilərsiniz.

+994 12 404 76 56

©Gateway Management Azerbaycan 2024. Bütün hüquqlar qorunur.