+00994 12 404 76 38

Korporativ

Viza

Vacib məlumatlar

Bloq

Haqqımızda

>
Haqqımızda

Haqqımızda

2013-cü ildə yaradılmış Gateway Management Azərbaycan şirkəti hökumətlər və diplomatik nümayəndəliklər üçün viza müraciəti xidmətləri göstərən VFS Global şirkəti ilə əməkdaşlıq edərək viza müraciəti xidməti sahəsində fəaliyyətini davam etdirir.  Yerli və qlobal təcrübələrimizi birləşdirən strateji tərəfdaşlığımızın Azərbaycanda uğuru, əməliyyatlarımızı keyfiyyət standartlarına uyğun aparmaq öhdəliyimizdən irəli gəlir. Gateway Management Azərbaycan hazırda strateji tərəfdaşı olan VFS Global ilə tərəfdaşlıq çərçivəsində Çexiya, Danimarka, Xorvatiya, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Norveç və Avstriya kimi ölkələrin adından xidmət göstərməkdədir.

Gateway Management Azərbaycan tərəfindən viza müraciət mərkəzlərində qabaqcıl texnologiyalar tətbiq edilir və bu sahədə əldə edilmiş təcrübə ilə şirkət diplomatik nümayəndəliklərin təhlükəsizlik siyasətinə öz töhfəsini verməkdədir. Şirkətin keyfiyyət standartları və əldə etdiyi sertifikatlar “sıfır səhv” siyasətinin təbii nəticəsidir. İşçi heyəti üçün davamlı olaraq təşkil edilən təlim proqramları müştəri məmnuniyyətini artıran ən vacib amillərdən biridir.

Şirkətin İdarə Heyətinin sədri Nurlana HƏSƏNOVA ÇAKMAK həm də 2002-ci ildən bu günə qədər, yəni 20 ildən artıqdır ki, Türkiyədə viza müraciəti xidməti sahəsində fəaliyyət göstərən Gateway Management və Gateway International şirkətlərinin daxil olduğu Golden Gateway Holding-in idarə heyətinin sədridir. Şirkət 2000-dən çox işçi ilə viza müraciəti xidmətləri sektorunda, o cümlədən turizm, texnologiya, enerji, sığorta, ticarət, təhsil və qida sektorlarında xidmət göstərir.

Bir Azərbaycan vətəndaşı olaraq Nurlana HƏSƏNOVA ÇAKMAK Türkiyədə 20 ildən artıqdır ki, 8 fərqli sektorda təqdim etdikləri uğurlu xidmətləri vətənpərvərlik hissi ilə ölkəsinə gətirərək Gateway Management Azərbaycan şirkətini qurmuşdur. O, təkcə ölkəsinə və vətəndaşlarına ən yaxşı xidməti göstərmək deyil, həm də Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərərək öz ölkəsini ən yaxşı şəkildə təmsil etməyi hədəfləyir. 
 

 

 


 


Rəy

Sual və təkliflərlə bağlı rəy bildirə bilərsiniz.

+00994 12 404 76 38

©Gateway Management Azerbaycan 2024. Bütün hüquqlar qorunur.