+00994 12 404 76 38

Korporativ

Viza

Vacib məlumatlar

Bloq

Təhlükəsizlik Qaydaları

>
Təhlükəsizlik Qaydaları

Təhlükəsizlik Qaydaları

Viza Müraciət Mərkəzinə Gələn Müraciətçilər üçün Təhlükəsizlik Bildirişi
Təhlükəsizlik səbəbi ilə aşağıdakı əşyaların müraciətçilər tərəfindən Viza Müraciət Mərkəzinə gətirilməsi və ya onun daxilində saxlanması qadağandır:

● Kameralar, audio/video kasetlər, kompakt disklər (CD), MP3 pleyerlər, disketlər, noutbuklar və ya portativ audiopleyerlər kimi bütün batareya ilə işləyən və ya elektron cihazlar.

● Səyahət çantaları, bel çantaları, sənəd çantaları, çamadanlar, dəri/jut/tekstil çantalar və zəncirbəndli qovluqlar kimi bütün növ çantalar. Yalnız içində müraciətinizlə bağlı sənədlərin olduğu bir plastik fayla icazə verilir.

● Möhürlənmiş zərflər və ya paketlər.

● Hər hansı yanan maddələr, məsələn, kibrit qutusu/alışqan/benzin.

● Qayçı, qələm itiləyiciləri və ya törpü kimi iti əşyalar.

● Silahlar və ya silaha bənzər əşyalar və ya hər hansı partlayıcı material.

 


Siyahı yuxarıda göstərilənlərlə məhdudlaşmır. Mühafizə işçisinin qərarı ilə digər əşyalar da qadağan edilə bilər.


Təhlükəsizlik məsələləri baxımından viza müraciəti edən şəxsləri müşayiət edən dostların, qohumların və ya onlarla işgüzar əlaqədə olan digər şəxslərin ofisə daxil olmalarına icazə verilmir. Bununla belə, eşitmə qüsurlu/fiziki qüsurlu müraciətçiləri və ya Viza Müraciət Mərkəzində danışılan heç bir dili bilməyən müraciətçiləri müşayiət etmək üçün tərcüməçilərə icazə verilir.

Diqqət:

Viza Müraciət Mərkəzində qadağan olunmuş əşyaları saxlamaq üçün yer nəzərdə tutulmayıb. Müraciətçilərdən xahiş olunur ki, mərkəzə daxil olmazdan əvvəl bu cür əşyaların saxlanmasının alternativ yollarını nəzərdən keçirsinlər. 
 


Rəy

Sual və təkliflərlə bağlı rəy bildirə bilərsiniz.

+00994 12 404 76 38

©Gateway Management Azerbaycan 2024. Bütün hüquqlar qorunur.